30 iyul 2011 00:12
Mirça Rednik yenə Lənkərana qayıtmadı
“Xəzər Lənkəran” komandasının baş məşqçisi Mirça Rednikin ötən gün Lənkərana gəlişi gözlənilsə də, bu, baş tutmayıb. Azerisport.az xəbər verir ki, əvəzində azarkeşlərin bir neç gün öncə təm-təraqla qarşıladığı komanda Bakıya qayıdıb.
Son məlumata görə komandanın Lənkərana avqustun 1-də qayıdacağı gözlənilir. Lakin komandanın hansı heyətlə və neçə legionerlə gələcəyi hələ dəqiq məlum deyil.
Qeyd edək ki, “Xəzər Lənkəran” rəhbərliyi və baş məşqçi Mirça Rednik arasındakı razılığa görə, rumıniyalı mütəxəssəs komandada cəmi 4 legioner saxlamalı, qalanlarını yola salmalıdı. (12-ci oyunçu)
