29 iyul 2011 11:38

Rəşad Sadıqov: Sona kimi döyüşəcəyik

“Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin Belçika “Brugge”si ilə ilk oyunundan (1:4) sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- Biz əlimizdən gələni etdik, bütün gücümüzü meydanda qoyduq. Amma “Brugge” bizim səviyyədə olan komanda deyil. Hesab edirəm ki, böyükhesabla uduzsa da, “Qarabağ” yaxşı döyüşdü. Sadəcə öz şanslarından uğurla yararlandılar, bizi bağışlamadılar. Rəşad Sadiqovun yoxluğu aşkar özünü göstərirdi. O, “Qarabağ”ın aparıcı oyunçusudu.
 
- Razısız ki, daha az qol buraxmaq olardı...
- Hesab 1:2 olduqdan sonra tamamilə bərabər oyun gedirdi. Amma sona 10 dəqiqə qalmış autdan vurulan qol əhvalımızı korladı. Sonda isə yorulmuşduq və avtoqola üzüldük. Məncə, üçüncü qolun heç yeri yox idi. Nə etmək olar? Bəxt.
 
- “Streymur”la oyunda da autdan qol buraxmışdınız...
- Ümumiyyətlə, standart vəziyyətlərlə bağlı bizdə problemlər var. Bizim komandamız texnikalı futbol oynayır. İkinci mərtəbə isə bizim ağrılı yerimizdi. Bizə başla oynayan komandalara qarşı mübarizə aparmaq çox çətindi. Elnur Allahverdiyevin komandadan gedişindən sonra bu problem özünü daha qabarıq göstərməyə başlayıb. Əvvəllər, o, Teli ilə birgə bu baxımdan işimizi asanlaşdırırdı. Amma indi o da yoxdu. Bu barədə ən azı gələcək üçün düşünmək lazımdı. Biz 90 dəqiqə mübarizə aparırıq, amma autdan gələn bir qol hər şeyi korlayır.

- Siz həmin anı matçın qırılma anı hesab edirsiz?
- Əlbəttə. Çünki biz cavab qolunu vurduqdan sonra uşaqlarda hətta əminlik yaranmışdı ki, burda uduzmayacağıq. Uşaqlar daha da cuşa gəlib irəli atıldılar, bütün güclərini sərf etdilər ki, ikinci qolu vuraq. Amma təəssüf ki, hər şey tərsinə oldu.
 
- “Qarabağ”ın oyunçularının bu qədər zədələnməsi nədən irəli gəlir?
- Konkret olaraq yorğunluq sözünü deyir. Bu oyun bir daha göstərdi ki, futbolçular nə qədər yorulublar. Amma bunu fiziki kondisiyaların zəif olmasıyla əlaqələndirməyin.
 
- Əzələsi dartılan futbolçularımız ayağa qalxa bilməyəndə onları fitə basan azarkeşlərə yaxınlaşıb nəyisə başa salmağa çalışırdız. Nə baş vermişdi?
- Hesab 1:3 olarkən futbolçumuz yerdə qalıb, onlarsa elə bilirlər ki, vaxt aparırıq. Mən də yaxınlaşıb başa salmaq istədim ki, biz özümüz uduruqsa, niyə vaxt itirməliyik ki? Hesab ki bizi qane etmir. Bundan sonra azarkeşlər yenə etiraz edirdilər. Qərara aldım ki, onları sakitləşdirim, niyə qışqırırsız axı?
 
- Bu məğlubiyyəti “Twente” və “Borussia”ya yenilgilərlə müqayisə etmək olar?
- “Brugge”ni başqaları ilə müqayisə etmək istəmirəm. Ancaq Dortmund klubuyla müqayisə etmək olardı. Ola bilər ki, Hollandiya klubunun heyətində yüksək səviyyəli futbolçular var idi, amma onlar bizə oynamaq imkanı verirdilər. Amma “Brugge” meydanın hər hissəsi uğrunda pressinq tətbiq edirdi, başını qaldırmağa imkan vermirdi.
 
- Cavab oyununa hansı hisslərlə hazırlaşacaqsız?
- Hazırlaşmalı olacağıq, cütün taleyi iki oyunda müəyyənləşir. Rəşad Sadiqovun qayıtmasını çox istərdim. Sona kimi döyüşəcəyik. Uduzmağa hazırlaşmırıq.
 
- Gözləmək olar ki, Bakıda tribunalar tam dolacaq?
- Ötən mövsüm arena tam dolmuşdu. “Banga” və “Streymur”la oyunlarımızda ilk oyunda uğurlu nəticə olduğundan onlar cavab görüşün elə televizordan izləməyə üstünlük vermişdilər. Amma bu dəfə artıq ağır yenilgiylə üzləşmişik. Ola bilər ki, yenə gəlməsinlər.
 
- Çoxlarını düşündürən bir məsələ var: “Qarabağ”ın heyətini gücləndirməməsi...
- Bizim hazır heyətimiz var, hamı bir-birini başa düşür. Amma mövsümün əvvəlində yeni futbolçularla güclənmək olardı. Hesab edirəm ki, 1-2 oyunçuya ehtiyacımız var. Bizi qarşıda uzun marafon, yığma, zədələr gözləyir. Daha çox yerli futbolçu istərdim, legioner yox.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.