29 iyul 2011 11:47
Rayan Donk: Qarabağ qətiyyən zəif komanda deyil
Belçikanın “Brugge” klubunun hücumçusu Rayan Donk Avropa Liqasının üçüncü təsnifat mərhələsinin “Qarabağ”la ilk oyunlarını şərh edib. Azerisport.az xəbər verir ki, o, 4:1 hesabıyla qalib gəldikləri görüşlə bağlı bunları dilə gətirib:
“Mənə bu gün autdan sonra qol vurmaq nəsib oldu. Bu, bizim əsas üstünlüklərimizdən biridi və bundan yararlanmalıydıq. İndi biz Azərbaycana daha əminliklə yola düşə bilərik. Amma rəqibimiz qətiyyən zəif deyil. Onlar öz meydanlarında müsbət nəticə əldə etmək üçün əllərindən gələni edəcəklər”.