29 iyul 2011 11:59
Georgi Adamiya: Təslim olmaq fikrimiz yoxdu
“Qarabağ”ın yarımmüdafiəçisi Georgi Adamiya Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Belçikanın “Brugge” klubuna qarşı keçirdikləri ilk oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Brugge” evdə daha güclü oynayır. Təəssüf ki, böyük hesabla uduzduq. Komandamız çalışırdı ki, nəsə etsin. Hər şeyə rəğmən əlimizi yana salmaq, təslim olmaq fikrimiz yoxdu. Bakıda səfərdəkindən daha yaxşı oynamağa çalışacağıq. Demirəm ki, 3:0 qələbə qazanacağıq, amma çalışacağıq”.