29 iyul 2011 12:07
Maksim Medvedev: Belə hesabla uduzmaq çox üzücüdü
“Qarabağ”ın müdafiəçisi Maksim Medvedev Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Belçikanın “Brugge” klubuna qarşı keçirdikləri ilk oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində o, 1:4 hesabıyla uduzduqları görüşlə bağlı bunları dilə gətirib:
“Belə hesabla uduzmaq çox üzücüdü. Düzünü deyim ki, “Brugge”nin bu qədər güclü olduğunu düşünmürdüm. Onların yeni futbolçuları elə oynayırdılar ki, sanki beş ildi birgə çıxış edirlər. Bu transferlərdən sonra onlar Belçika çempionu olsalar, təəccüblənmərəm”.
