29 iyul 2011 12:41
Vadis Ocica: İndi Qarabağı daha yaxşı tanıyırıq
Belçikanın “Brugge” klubunun yarımmüdafiəçisi Vadis Ocica Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsindəki “Qarabağ”la ilk oyunlarını şərh edib. Azerisport.az xəbər verir ki, o, 4:1 hesabıyla qalib gəldikləri görüşlə bağlı bunları dilə gətirib:
“Biz yaxşı oynadıq. İndi biz rəqibi daha yaxşı tanıyırıq. Onlar futbol oynaya bilirlər. Biz onlara hörmətlə yanaşırdıq. Amma çox vaxt öldürürdülər. İki dəqiqədən bir hansısa özünü yerə atırdı və beləcə iki dəqiqə vaxt gedirdi. Buraxılan qol bizi bir qədər məyus etdi. Amma sonra biz bunun əvəzini çıxa bildik. Növbəti mərhələyə çıxmaq şansımız çox yaxşıdı”.
