29 iyul 2011 12:35
Berti Foqts milliyə çağırdığı futbolçudan imtina etdi
Xəbər verdiyimiz kimi, avqustun 1-dən 4-dək Bakıda Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, baş məşqçi Berti Foqts bu toplanışa dəvət etdiyi futbolçuların birindən imtina etməli olub.
Belə ki, “İnter”in müdafiəçisi Vladimir Levin sözügedən hazırlıq prosesində iştirak edə bilməyəcək. Buna səbəb onun zədəli olmasıdı.
Almaniyalı mütəxəssisin onun əvəzində başqa futbolçuya dəvət göndərib-göndərməyəcəyi hələlik bilinmir.
