29 iyul 2011 12:52
Mirça Rednik qərarını verdi
“Xəzər Lənkəran” komandasının baş məşqçisi Mirça Rednik qərarını verib. Azerisport.az xəbər verir ki, ötən gün klub prezidenti Mais Mənsimovla görüşüb bütün problemləri yoluna qoyan rumıniyalı mütəxəssis yekun qərar vermək üçün bu günə kimi vaxt istəmişdi.
Artıq əldə etdiyimiz məlumata görə, o, yekun qərarını verib. Özü də “Xəzər Lənkəran”ın lehinə. Bu yöndə cənublu fanatların ona müraciəti də az rol oynamayıb. Rednik elə gecə ilə onları sevindirəcək qərar verəcəyini bildirib. Bu gün isə komandadan getməyəcəyini açıqlayıb.
O, bu gün səhər saatlarında “Xəzər Lənkəran”ın Bakıda yerləşən baş ofisində olub və klubun vitse-prezidenti ilə birgə bəzi sənədləri imzalayıb. Rednikin tezliklə Lənkərana yola düşəcəyi bildirilir. Klub prezidenti Mais Mənsimovun isə artıq Lənkəranda olduğu bildirilir. O, komanda ilə bağlı məsələlərlə şəxsən maraqlanmaq üçün Lənkərana gedib.
