30 iyul 2011 13:08
Rəvanın qapıçısı Estoniya millisində
Estoniya milli komandasının Türkiyə yığması ilə keçirəcəyi yoldaşlıq oyunu üçün heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, baş məşqçisi Tarmo Ryuytlu Azərbaycan çempionatını da yaddan çıxarmayıb.
Baş məşqçi "Rəvan"ın yeni transferi, qapıçı Artur Kotenkoya dəvət göndərib. Onunla yanaşı "İnter"in heyətindən kənarlaşdırılan və hazırda klubsuz olan Dmitri Kruqlov, "Neftçi"nin keçmiş oyunçuları - Taavi Ryahn (“Tianjin Songjiang”, Çin) və Andrey Stepanov (“Gomel”, Belarus), həmçinin "Xəzər Lənkəran"ın sabiq üzvü sabiq Tixon Şişova da dəvət göndərib.
