30 iyul 2011 00:54
Azərbaycan üçün beşinci DÇ həyəcanı bu gündən başlayır
Şənbədən bazara keçən gecə futbol üzrə Azərbaycan yığması DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərini tanıyacaq. Azerisport.az xəbər verir ki, püşkatma Rio-De-Janeyroda keçiriləcək.
Mərasimin Avropaya aid hissəsinə məşhur Ronaldo cavabdehlik daşıhır. Məhz “Yekədiş” yığmamızın beşinçi dəfə qatılacağı dünya çempionatlarının seçmə mərhələsində rəqiblərini müəyyən edəcək.
Serçmə mərhələ hələ 2012-ci ilin sentyabrında baş tutacaq. Hələ yığmamızın o vaxt necə olacağı və ən əsası yığmaya kimin rəhbərlik edəcəyi aydın deyil. Bəlkə Berti Foqts, bəlkə digər biri. Çox şey bu seçmə mərhələnin yekunundan - Belçika, Qazaxstan və Avstriya ilə ev oyunlarındakı nəticələrdən asılıdı. Almandan seçmə mərhələlərdə İqor Ponomaryov tərəfindən müəyyən edilmiş və Foqtsun özünün təkrarladığı beş xallıq nəticəni aşağcağını gözləyirlər. Bununla belə alman mütəxəssis AFFA-nın baş katibi Elxan Məmmədovla birgə Azərbaycanı püşkatmada təmsil edəcək.
İki ay ərzində saytımızda sorğular keçirilib. Portalın iştirakçılarına Azərbaycan yığması üçün “xəyali qrupu” seçmək təklif olunub. Qrup belə alınıb: Yunanıstan, Rusiya, Belarus, Litva, San Marino. Redaksiyamız isə ən qeyri-münasib variantı seçməyi qərara alıb: İspaniya, Fransa, İsveçrə, Polşa, Uels. Uelslilər hazırda altıncı səbətdə bizdən aşağıda yer alıblar. Əgər onlar Azərbaycanla bir qrupda yer alsalar, belə sonluğu uğurlu adlandırmaq olmaz.
Daha bir maraqlı məqam: DÇ-nin hər seçmə mərhələsində Azərbaycan məhz yeddi məğlubiyyət alır. İlk “seçmə” DÇ-98-ə təsadüf edib. Yığmamız 31 Avqust 1996-cı ildə İsveçrə üzərində tarixi ev qələbəsi qazandı. Bu qələbə bütün seçmə mərhələ boyunca yeganə qələbə idi. Norveç, Macarıstan və Finlandiyanın da sınağa çəkdiyi Azərbaycan həmin seçmə mərhələni üç xalla sonuncu yerdə bitirdi.
Dörd il sonra da yığmanın siması dəyişmədi. İsveç və Türkiyənin yer aldığı qrupda Slovakiya üzərində 2:0 hesabı ilə qələbəyə, Makedoniya (1:1) və Moldova (0:0) ilə heç-heçələrə baxmayaraq yığma yenə də seçmə mərhələni sonuncu yerdə başa vurdu.
DÇ-2006-nın seçmə mərhələsi ümumiyyətlə dəhşətli idi. Yığma bir qələbə belə qazanmadan cəmi bir qol vuraraq üç heç-heçəyə imza atdı. Yığmamız İngiltərə, Polşa, Avstriya, Şimali İrlandiya və Uelsin yer aldığı qrupda sonuncu pillədə qərarlaşdı.
DÇ-2010-un seçmə mərhələsində yığmamız Berti Foqtsu rəhbərliyi altında ilk səfər qələbəsini qazandı. Lixtenşteyn səfərdə məğlub edildi və yekunda beş xal toplamış yığmamız seçmə qrupda cırtdan krallığı qabaqlaya bildi. Rusiya ilə heç-heçə xüsusi ilə yaddaqalan oldu. Yeganə böyükhsablı məğlubiyyət isə səfərdə Almaniyadan gəldi. Finlandiya və Uels isə xüsusi ilə ev oyunlarında ciddi problemlərlə üzləşdilər. O zaman yığmamız ilk dəfə olaraq paytaxtdan kənarda - Lənkəranda Finlandiyanı qəbul etdi və 1:2 hesabı ilə məğlub oldu.
Əgər baş məşqçi ilə bağlı Braziliya mundialının seçmə mərhələsi hələ aydın deyilsə, onda komanda çətin ki çox dəyişikliyə uğrasın. Oyunçularımız yaşlı deyil, “özək” var. Bu heyətin gələcəkdə də sabit qalması tamamilə mümkündü.
Xatırladaq ki, püşkatma Bakı vaxtı ilə 23:00-da başlayacaq. Sonda sizi səbətlərin tərkibi ilə tanış edirik:
Birinci səbət: İspaniya, Hollandiya, Almaniya, İngiltərə, Portuqaliya, İtaliya, Xorvatiya, Norveç, Yunanıstan;
İkinci səbət: Fransa, Çernoqoriya, Rusiya, İsveç, Danimarka, Sloveniya, Türkiyə, Serbiya, Slovakiya;
Üçüncü səbət: İsveçrə, İsrail, İrlandiya, Belçika, çexiya, Bosniya və Hersoqovina, Belarus, Ukrayna, Macarıstan;
Dördüncü səbət: Bolqarıstan, Rumıniya, Albaniya, Gürcüstan, Litva, Şotlandiya, Şimali İrlandiya, Avstriya, Polşa;
Beşinci səbət: Ermənistan, Estoniya, Finlandiya, Kipr, Latviya, Moldova, Makedoniya, Azərbaycan, Farer adaları;
Altıncı səbət: Uels, Lixtenşteyn, İslandiya, Qazaxstan, Lüksemburq, Malta, Andorra, San Marino.
