30 iyul 2011 13:53
Qarabağ Bakıya Nadirovsuz qayıtdı
“Qarabağ” artıq Bakıdadı. Azerisport.az xəbər verir ki, Avroliqanın üçüncü mərhələsində “Brugge”ylə qarşılaşan komandamız ötən gecə Bakıya qayıdıb.
Brüssel–İstanbul–Bakı reysiylə vətənə qayıdan komanda bu gün məşq etməyəcək. Belçikalılarla oyunda zədələnən Vüqar Nadirov, Maksim Medvedev və Qara Qarayevin meydanı vaxtdan əvvəl tərk etdiyini xəbər vermişdik. Maksimlə Qara baldırından, Vüqar isə dizindən xəsarət alıb. Zədəsi daha ciddi olan Vüqar isə Bakıya dönməyib, İstanbulda həkim müayinəsinə yollanıb.
Bu gün komanda toplaşaraq Rəşad Sadiqova başsağılığı verməyə yollanacaq.
