30 iyul 2011 16:25
Toni Adams Qəbələdəki turnirin faydasından danışdı
“Qəbələ”nin baş məşqçisi Toni Adams Qəbələdə təşkil olunan “Jalə” beynəlxalq futbol turniri ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Ümid edirəm ki, bu turnir bizim üçün faydalı olacaq. Çempionata yaxşı hazırlaşmaq, oyun təcrübəsini yaxşılaşdırmaq baxımından da bizə kömək edəcək. Digər tərəfdən belə turnirlər Azərbaycan futbolunun da inkişafı yolunda az əhəmiyyət daşımır. Xüsusilə Qəbələ şəhərinə gələn qonaqlarımız arasında bu oyunun populyarlaşması baxımından”.