30 iyul 2011 18:52
Qəbələ Bakını öz meydanında qəbul etməyə bilər
Azərbaycan Premyer Liqasının növbəti mövsümünün ilk turunun “Qəbələ” – “Bakı” matçının yeri dəyişə bilər. Azerisport.az xəbər verir ki, bu, “Qəbələ”nin ev oyunlarını keçirdiyi əsas stadionun qazonunun hələ də tam hazır olmaması ilə əlaqədardı.
Klub bu üzdən də görüşün ehtiyat meydançada keçirilməsini təklif edir. Lakin mümkündü ki, Peşəkar Futbol Liqası və qarşı tərəf bununla razılaşmasın.
Belə olan halda bölgə təmsilçisi “zolaqlılar”a ilk oyunun Bakıda keçirilməsi təklifi ilə müraciət etməyə hazırlaşır.
