30 iyul 2011 20:23
Gürcüstan klubu Qəbələdən narazı qaldı
Gürcüstanın “Dila” klubunun baş məşqçisi Georgi Tsetadze “Qəbələ” ilə bu günkü qarşılaşmalarını şərh edib. Azerisport.az xəbər verir ki, o, 3:1 hesabıyla qələbə qazandıqları görüşdən sonra bunları dilə gətirib:
“Öz oyunçularımdan narazı qaldım. Biz yenicə Gürcüstan çempionatının güclülər dəstəsinə vəsiqə qazanmışıq. Komandamın belə oyun sərgiləməsi qətiyyən xoşuma gəlmədi. Mən həmçinin “Qəbələ”dən də narazıyam. Çünki danışığımız belə olmuşdu ki, biz əsas heyətlə mübarizə aparmalıydıq. Mən bura onların əsas heyəti ilə oynamaq üçün gəlmişdim, əvəzedicilərinəq arşı yox. Bizə güclü sınaqçı-rəqiblər lazımdı”.

Qeyd edək ki, 3:1 hesablı qələbə ilə “Dila” “Jalə” beynəlxalq turnirinin finalında “Kəpəz”lə oynamaq hüququ qazanıb.