30 iyul 2011 11:38
AZAL Türkiyə klubunu darmadağın etdi
Türkiyədəki toplanışını davam etdirən AZAL Qızılcahamam hazırlığı çərşivəsində növbəti yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, “təyyarəçilər” bu dəfə də Türkiyə klubu ilə - “Antalya-Manavqatspor”la qarşılaşıblar.
Zəif rəqiblə görüş paytaxt görüşünün inamlı qələbəsi ilə başa çatıb. Belə ki, AZAL türkləri 5 dəfə mərkəzə dəvət edərkən, özü cəmi 1 qola üzülüb.
Sonda onu da xatırladaq ki, AZAL bundan əvvəl Qızılcahamamda daha 4 sınaq görüşünə çıxmışdı. İranın “Fulad” klubuyla 2:2 hesablı heç-heçəyə razılaşan “təyyarəçilər” ardından bu ölkənin digər təmsilçisi “Şahin”ə də qalib gələ bilməmişdilər – 0:0. Türkiyənin 3-cü liqasında mübarizə aparan "Kilimli Bələdiyyəsi" ilə qarşılaşmada isə AZAL nəhayət ki, yeni baş məşqçi Elxan Abdullayevin rəhbərliyi altında ilk qələbəsini rəsmiləşdirmişdi. Son oyunda isə “Konyaspor”a 2:3 uduzmuşdu.
Yoldaşlıq oyunu
29 iyul
AZAL - Antalya-Manavqatspor - 5:1
