30 iyul 2011 11:47
Əfran İsmayılov: Nə bacarırdıqsa, etdik
“Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin Belçika “Brugge”si ilə ilk oyunundan (1:4) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- “Brugge” ilə ilk oyun heç də arzuolunan nəticə ilə bitmədi...
- Biz nə bacarırdıqsa, etdik. Amma “Brugge” daha güclü komandadı. Hesab 1:2 olduqdan sonra daha yaxşısına nail olmaq istədik, tam fərqli aqibətlə üzləşdik. Nəticə xoşagəlməzdi, amma futbolda olur. Sadəcə onu dərk etmək lazımdı ki, Belçika klubu tamamilə başqa səviyyədi.
- Karyeranızda bu tempdə oyunlar olmuşdu?
- Rəqibdən asılı olmayaraq, bütün oyunlara eyni gözlə baxmışam. “Twente”yə, “Rosenborg”a, “Wisla”ya qarşı oynamışam. Amma “Brugge” gördüyünüz kimi daha güclü komandadı.
- Rəqibdən asılı olmayaraq, bütün oyunlara eyni gözlə baxmışam. “Twente”yə, “Rosenborg”a, “Wisla”ya qarşı oynamışam. Amma “Brugge” gördüyünüz kimi daha güclü komandadı.
- Bu məğlubiyyəti üzücü hesab etmək olar?
- Az qol buraxsaydıq, bu, başadüşülən idi. Amma dördüncü qol hər şeyi korladı.
- Az qol buraxsaydıq, bu, başadüşülən idi. Amma dördüncü qol hər şeyi korladı.
- Oyunun əvvəlində sizi fitə basan azarkeşlər fasilədən sonra artıq alqışlayırdılar...
- Oyundan sonra onlardan mənə yaxınlaşıb formamı xahiş edənlər də oldu. Mən onlara onu da başa salmağa çalışdım ki, bizim ağrıdan yerdə qalan futbolçulara qarşı düzgün hərəkət etmirdiniz. Amma matçın gedişində öz oyunum haqda düşünürdüm, azarkeşlərin davranışı barədə yox.
- Siz oyun vaxtı yorulmamışdız? Topla 70 metrlik reydlər edirdiz...
- Mən həm müdafiəyə kömək, həm də hücum etməli idim. Əlbəttə, mən də yorulmuşdum. 70-ci dəqiqədə baş məşqçiyə yaxınlaşıb dedim ki, artıq müdafiəyə tez-tez qayıda bilmirəm. Mümkünsə, məni əvəzləsin. Amma yaxşı ki, meydanda qaldım. Axı Maksim Medvedevlə Qara Qarayev zədələndiyi üçün meydanı tərk etməli oldu.
- Siz az qala fantastik bir qolun müəllifi olacaqdız. Zərbə vurmağı düşünürdüz, yoxsa ötürmə vermək?
- Düzünü deyim ki, mən birbaşa qapıya zərbə endirmişdim. Təəssüf ki, top dirəkdən döndü. Futbolda belə şeylər olur.
- Düzünü deyim ki, mən birbaşa qapıya zərbə endirmişdim. Təəssüf ki, top dirəkdən döndü. Futbolda belə şeylər olur.
- Rauf Əliyevin qolunda ötürməni siz verdiniz. Həmin anda nə düşündünüz?
- Daha yaxşısına ümid bəsləyirdik. Düşünürdüm ki, daha bir qol vura bilərdik. Axı heç də pis oynamırdıq. Amma son iki qol hər şeyin üstündən xətt çəkdi. Həmin epizodlarda qətiyyən bəxtimiz gətirmədi.
- Daha yaxşısına ümid bəsləyirdik. Düşünürdüm ki, daha bir qol vura bilərdik. Axı heç də pis oynamırdıq. Amma son iki qol hər şeyin üstündən xətt çəkdi. Həmin epizodlarda qətiyyən bəxtimiz gətirmədi.
- Bütün əvəzləmələriniz zədə səbəbindən – məcburi oldu...
- Təbii ki, bu, xoş deyil. Mən bunu yorğunluqla və oyunun yüksək tempdə keçməsi ilə əlaqələndirərdim.
