31 iyul 2011 01:02
Millimizin bəxtinə Portuqaliya, Rusiya və İsrail çıxdı (YENİLƏNİB)
Bu gecə futbol üzrə Azərbaycan yığması DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərini tanıyıb. Azerisport.az xəbər verir ki, püşkatma Rio-De-Janeyroda keçirilib.
Mərasimin Avropaya aid hissəsinə məşhur Ronaldo cavabdehlik daşıyırdə. Məhz “Yekədiş” yığmamızın beşinçi dəfə qatılacağı dünya çempionatlarının seçmə mərhələsində rəqiblərini müəyyən edib. Ölkəmizi bu tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov və baş məşqçi Berti Foqts təmsil edirdi.
Püşkatma Bakı vaxtı ilə 23:00-da başlayıb. Öncə Afrika, Asiya, Amerika və Okeaniya zonası üzrə seçmə mərhələnin püşkü atılıb. Ən sonda isə Avropa ölkələri də qruplara bölünüblər.
Azərbaycan yığması Lüksemburq Şimali İrlandiya, İsrail, Rusiya və Portuqaliya ilə eyni qrupa düşüb ki, xüsusilə son iki komanda ciddi rəqiblərdi. Elə İsrail və Şimali İrlandiya da zəif rəqiblərdən deyil. Bəxtimizə düşən ən zəif isə Lüksemburqdu.
Avropa zonası üzrə səbətlərin tərkibi belə idi:
Birinci səbət: İspaniya, Hollandiya, Almaniya, İngiltərə, Portuqaliya, İtaliya, Xorvatiya, Norveç, Yunanıstan;
İkinci səbət: Fransa, Çernoqoriya, Rusiya, İsveç, Danimarka, Sloveniya, Türkiyə, Serbiya, Slovakiya;
Üçüncü səbət: İsveçrə, İsrail, İrlandiya, Belçika, çexiya, Bosniya və Hersoqovina, Belarus, Ukrayna, Macarıstan;
Dördüncü səbət: Bolqarıstan, Rumıniya, Albaniya, Gürcüstan, Litva, Şotlandiya, Şimali İrlandiya, Avstriya, Polşa;
Beşinci səbət: Ermənistan, Estoniya, Finlandiya, Kipr, Latviya, Moldova, Makedoniya, Azərbaycan, Farer adaları;
Altıncı səbət: Uels, Lixtenşteyn, İslandiya, Qazaxstan, Lüksemburq, Malta, Andorra, San Marino.
Püşkatma nəticəsində aşağıdakı qruplar əmələ gəlib:
A qrupu: Uels, Makedoniya, Şotlandiya, Belçika, Serbiya, Xorvatiya
B qrupu: Malta, Ermənistan, Bolqarıstan, Çexiya, Danimarka, İtaliya
C qrupu: Qazaxıstan, Farer adaları, Avstriya, İrlandiya, İsveç, Almaniya
D qrupu: Andorra, Estoniya, Rumıniya, Macarıstan, Türkiyə, Hollandiya
E qrupu: İslandiya, Kipr, Albaniya, İsveçrə, Sloveniya, Norveç
F qrupu: Lüksemburq, Azərbaycan, Şimali İrlandiya, İsrail, Rusiya, Portuqaliya
G qrupu: Lixtenşteyn, Latviya, Litva, Bosniya və Herseqovina, Slovakiya, Yunanıstan
H qrupu: San Marino, Moldova, Polşa, Ukrayna, Çernoqoriya, İngiltərə
İ qrupu: Finlandiya, Gürcüstan, Belarus, Fransa, İspaniya
