30 iyul 2011 19:48
Qəbələ təşkil etdiyi turnirin finalına çıxa bilmədi (YENİLƏNİB)
“Qəbələ” Futbol Klubunun təşəbbüsü və “Jalə” Şirkətinin sponsorluğu ilə bu gün Qəbələ şəhərində “Jalə” Beynəlxalq Futbol Turnirinə start verilib. Azerisport.az xəbər verir ki, turnirdə iki yerli – “Qəbələ”, “Kəpəz” və iki əcnəbi – “Spartak” (Sxinvali, Gürcüstan), “Dila” (Qori, Gürcüstan) komanda iştirak edir.
Turnirin proqramına uyğun olaraq bu gün yarımfinal görüşləri keçirilib. Həmin oyunlarla sizi də tanış edirik:
30 iyul
Kəpəz – Spartak – 3:2 (2:1)
Qollar: Fomenko, 4 (1:0), Mirzəyev, 8-öz qapısına (1:1), Ceyhun Sultanov, 23-pen (2:1), Cakeli, 71 (2:2), Fomenko, 89 (3:2).
Qəbələ – Dila - 0:3 (0:2)
Qol: Totua, 2 (0:1), Totua, 10 (0:2), Çaqelişvili, 88 (0:3), Rey Məmmədvəyli, 90+2 (3:1).
Sabah isə turnirdə 3-cü yer uğrunda oyun və final görüşü baş tutacaq. Bürünc medal uğrunda "Qəbələ" və "Spartak", qızıl medallar üçün isə "Dila" və "Kəpəz" mübarizə aparacaq. Matçlar Qəbələ şəhər stadionunda keçirilir. Turnirin qalibi kubok və medallarla təltif olunacaq.
