30 iyul 2011 22:08
Azərbaycan Moldova ilə sülh bağladı (YENİLƏNİB)
Bu gün 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, komandamızın rəqibi yenə moldovalı həmyaşıdlarıydı.
Qarşılaşma AFFA-nın Futbol Mərkəzindəki “Dalğa Arena”da baş tutub. Tərəflərin bütün səylərinə rəğmən, matçda qalib müəyyənləşməyib - 1:1.
Qeyd edək ki, yığmamız iyulun 28-də bu rəqibi ilə bir dəfə də qarşılaşmış və 2:1 hesabı ilə qələbə qazanmışdı.
Yoldaşlıq oyunu
30 iyul
Azərbaycan – Moldova - 1:1 (0:0)
