31 iyul 2011 13:22
Mircavadov: Bütün rəqiblərlə oynamaq olar
Azərbaycan yığmasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov dünən keçirilən futbol üzrə DÇ-2014-ün seçmə mərhələsinin püşkatmasını dəyərləndirib. Azerisport.az xəbər verir ki, o, Portuqaliya, Rusiya, İsrail, Şimali İrlandiya və Lüksemburqla eyni qrupa düşməyimizi belə şərh edib:
“Püşkün nəticəsinin bizim üçün çətin olduğundan danışmağa dəyməz. Bütün rəqiblərlə oynamaq olar. Portuqaliya qrupun aşkar favoritidi. Amma bu, Luiş Fiqunun oynadığı həmin komanda deyil. Onların əsas rəqibi Rusiya olacaq. Şimal qonşularımızın da problemləri var. Xüsusilə hücum xəttində. Öz komandamıza gəlincə, heyət artıq formalaşıb, sadəcə öz oyunlarını tapmaq qalır. Qarşıda AÇ-2012-nin bir neçə oyunu qalır. Yalnız o oyunlardan sonra növbəti seçmə tsiklə hazırlaşmaq olar. Yenə az qol buraxmaq haqda düşünmək olmaz. Artıq qol vurmaq haqda düşünmək lazımdı. Klublarla iş aparmaq lazımdı”.
