31 iyul 2011 01:27
Vobayla Karqbo Tunisə qarşı oynaya bilər
Ötən gecə Braziliyanın Rio de Janeyro şəhərində DÇ-2014-ün Afrika zonası üzrə də püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki mərasimdə Syerra-Leone yığması da öz rəqiblərini tanımış olub.
Qeyd edək ki, bu ölkə yığmasına Azərbaycan Premyer Liqasında çıxış edən iki futbolçu da dəvət alır. Bunlar “Bakı”nın yarımmüdafiəçisi İbrahim Karqbo ilə “Xəzər Lənkəran”ın orta sahə oyunçusu Julius Vobaydı. Onların ölkəsinin bəxtinə Tunis, Kabo-Verde, eləcə də Ekvatorial Qvineya – Madaqaskar cütünün qalibi düşüb.
