31 iyul 2011 13:41

Namiq Yusifov: Brüggedə özümü əsl futbolçu kimi hiss etdim

“Qarabağ”ın yarımmüdafiəçisi Namiq Yusifov Avropa Liqasının üçüncü təsnifat mərhələsinin Belçika “Brugge”si ilə oyunu ilə bağlı azerisport.az saytının suallarını cavablandırıb:

- Belçikada “Qarabağ”ı kapitan kimi Avroliqa matçına çıxardınız, amma nəticə heç də ürəkaçan olmadı. 1:4 hesablı yenilgiylə üzləşdiniz...
- Mənim üçün “Qarabağ” kimi komandanı meydana kapitan qismində çıxarmaq böyük şərəf idi. Bu, əlavə stimul, motivasiya idi. Hesab edirəm ki, “Qarabağ” Azərbaycan futbolunun yeni tarixidi. Oyunun nəticəsinə gəlincə, bundan danışmaq heç də xoş deyil. Baxmayaraq ki, mən heç də pis oynadığımızı düşünmürəm.
 
- Rəqib əsas hücumlarını mərkəzdən təşkil edirdi. Ocica, Vaskes kimi futbolçuları dayandırmaq nə dərəcədə çətin idi?
- Mən deməzdim ki, bizim yarımmüdafiə xəttimiz onlara uduzurdu. Bizim mövqeyimizdən cəmi bir qol vuruldu. Üçüncü qol ümumiyyətlə autdan oldu, dördüncünü özümüz vurduq. Amma belə əlbəttə, “Brugge”nin orta sahəsi çox möhtəşəmdi.
 
- Mərkəzdə Qara Qarayevlə oynamaq necə idi?
- Biz ilk dəfə belə bir yerdə oynayırdıq. Amma hesab edirəm ki, o, baş məşqçinin dediklərini yerinə yetirirdi.
 
- Oyundan sonra adi gəzmək üçün gücünüz qalmışdı?
- Çətin idi. Amma mən lovğalanmaq fikrindən uzağam.
 
- Stadiondakı atmosfer oyununuza təsir göstərmirdi?
- Düzünü desəm, mən belə atmosferdə oynamaqdan çox məmnun qaldım. Özünü əsl futbolçu kimi hiss edirsən. Təəssüf ki, il ərzində cəmi 1-2 dəfə belə şeyi görürük.
 
- Artıq Avropa ilə vidalaşmağa hazırlaşırsız?
- Razı deyiləm. Mən həyatda da optimistəm. Həmişə ən yaxşısına ümid etmişəm. Allah eləsin ki, Bakıda oyunumuz alınsın.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.