31 iyul 2011 14:21
Mehman Allahverdiyev: Turnirin qalibi olmaq istəyirik
“Kəpəz”in baş məşqçisi Mehman Allahverdiyev Qəbələdə təşkil olunan beynəlxalq futbol turnirinin final matçında üz-üzə gələcəkləri “Dila” (Gürcüstan) ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bizi heç də asan olmayan final gözləyir. Qarşıdakı rəqibimiz “Dila” yarımfinalda yendiyimiz “Spartak”dan daha yaxşı oynayır. Həlledici görüşə ciddi yanaşırıq. Turnirin qalibi olmaq istəyirik. Yeni mövsümə kubok qazanmaqla başlamaq bizim üçün pis olmazdı”.

Yeri gəlmişkən qeyd edək ki, Allahverdiyev komandanın sıralarına daha iki futbolçu qatıb. Bunlardan biri 19 yaşlı fransalı futbolçu Frank Foka, digəri isə 26 yaşlı belçikalı Sidney Korqbodu. Amma hər iki futbolçu baxışdadı.