31 iyul 2011 16:07
Toni Adams Qəbələnin hədəflərini açıqladı
“Qəbələ”nin baş məşqçisi Toni Adams azerisport.az saytına müsahibəsində Britaniya səfərindən, komandasının doğma meydanda təşkil olunan beynəlxalq turnirdəki uğursuz çıxışından və yeni mövsümdəki məqsədlərindən danışıb.
- Komandanızın Britaniya toplanışı necə keçdi?
- Hesab edirəm ki, biz hazırlığımızın bu mərhələsini normal keçirdik. Bir neçə yoxlama oyunu keçirmək istəyirdik ki, buna da nail olduq. Beş görüş keçirdik. Planlaşdırdığımız kimi, hər bir futbolçu 3,5 oyun keçirdi. Bir sözlə növbəti mövsümə hazırıq.

- Niyə daha məşhur klublarla oynamadınız?
- Mənə heyətimizi güclü rəqiblərlə oyunlarda sınamaq lazım idi. Buna da nail oldum. Əlbəttə, daha güclü klublarla da qarşılaşa bilərdik. Amma onlar bizimlə oyuna əsas heyətlə çıxmazdılar. Elə isə onlarla niyə oynamalıydıq? Amma oynadığımız rəqiblərin hamısının güclü heyətləri vardı.

- Beynəlxalq turnirin “Dila” ilə ilk oyununa niyə əsas heyəti buraxmamışdınız?
- Uzun yol gəlmişdik və bu, futbolçuları əldən salmışdı. Buna görə də, “Dila” ilə oyuna (1:3) ehtiyat qüvvəni buraxmalı oldum. “Spartak”la oyuna əsas heyətin oyunçularını çıxarsam da, yenə uduzduq - 0:1. Dördüncü yeri tutmağımız mənim üçün o qədər önəmli deyil. Mən öz komandamdan məmnunam. Turnirdən sonra futbolçularıma iki günlük istirahət verəcəm.

- Rəqibin heyətində xoşunuza gələn oldumu?
- Qonaqların heyətində yaxşı oyunçular vardı. Amma bizim də heyətimiz pis deyil. Axı biz ötən mövsümlə müqayisədə çox güclənmişik. Mahir Şükürov, Dodo – yaxşı futbolçulardı.

- “Qəbələ”nin heyətini formalaşdırdığını demək olar?
- Xeyr. Biz hələ heyətimizi yenə gücləndirəcəyik. Daha 2 futbolçu almaq istəyirəm. Onlardan biri qapıçı Qrem Smitdi. Onunla danışıqlar davam edir. Baxmayaraq ki, bizim qapıçı problemimiz yoxdu.

- Yeni mövsümdəki hədəfləriniz...
- Bu futbolçular bizim çempion olmağımıza kömək edə bilərlər. Amma “Qəbələ” əsasən Avropa Liqasına düşmək üçün vuruşacaq.
- Sizin əlinizin altında çoxlu milli üzvü var. Düşünmürsüz ki, “Qarabağ” kimi sizin də onlarla bağlı problemləriniz ola bilər?
- Yığma üzvlərindən imtina etmək olmaz. Ümid edirəm ki, bizdə belə problemlər olmaz.

- “Qəbələ”nin stili çoxmu dəyişib?
- Xeyr. Son zamanlar biz çox qol vururuq. Xüsusuilə də Baraninin autdan ötürmələri nəticəsində. Amma həm də çox qol buraxırıq. Mendidən sürpriz gözləyin. O, çempionatın bombardiri ola bilər.