31 iyul 2011 19:49
Kəpəz çempion ola bilmədi (YENİLƏNİB)
"Qəbələ” Futbol Klubunun təşəbbüsü və “Jalə” Şirkətinin sponsorluğu ilə bu gün Qəbələ şəhərində “Jalə” Beynəlxalq Futbol Turnirinin final mərhələsi keçirilib. Azerisport.az xəbər verir ki, turnirdə iki yerli – “Qəbələ”, “Kəpəz” və iki əcnəbi – “Spartak” (Sxinvali, Gürcüstan), “Dila” (Qori, Gürcüstan) komanda iştirak edirdi.
Turnirin proqramına uyğun olaraq ilk oyun günündə yarımfinal görüşləri keçirilmdişi. Həmin oyunlarla sizi də tanış edirik:
30 iyul
Kəpəz – Spartak – 3:2 (2:1)
Qəbələ – Dila - 0:3 (0:2)
Bu gün isə 3-cü yer uğrunda oyunla final görüşü baş tutub. "Qəbələ" "Spartak"la görüşdə məğlub olaraq təşkil etdiyi turnirin sonuncusu olub. "Kəpəz" isə finalda "Dila"ya uduzaraq baş mükafata sahib çıxmaqdan məhrum olub:
3-cü yer
Qəbələ - Spartak – 0:1 (0:0)
Qol: Qiqiya, 70.
Final
Kəpəz – Dila - 0:1 (0:0)
Qol: Razanaşvili, 79.
Matçlar Qəbələ şəhər stadionunda keçirilirdi. Turnirin qalibi kubok və medallarla təltif olunub.
