31 iyul 2011 11:47
Avi Luzon: Daha pis ola bilərdi
İsrail Futbol Federasiyasının prezidenti Avi Luzon dünən keçirilən futbol üzrə DÇ-2014-ün seçmə mərhələsinin püşkatmasının dəyərləndirib. Azerisport.az xəbər verir ki, o, Portuqaliya, Rusiya, Şimali İrlandiya, Azərbaycan və Lüksemburqla eyni qrupa düşmələrinə belə reaksiya verib:
“Bu heç də çətin qrup deyil. Amma o qədər asan da deyil. Daha pisi və ya daha yaxşısı ilə da üzləşə bilərdik. Heç bir şübhəm yoxdu ki, Kristiano Ronaldonun komandasının İsrailə gəlməsi burda əsl bayrama çevriləcək. Rusiya yığmasını da pis tanımırıq. Bizim Avropada çıxış edən 40-dan çox futbolçumuz var. Onların qarşısına DÇ-2014-ün final mərhələsinə vəsiqə qazanmaq vəzifəsi qoyulacaq”.