31 iyul 2011 12:03
Paulu Bentu: Qələbə qazanmalı olduğumuz qrupdu
Portuqaliya yığmasının baş məşqçisi Paulu Bentu dünən keçirilən futbol üzrə DÇ-2014-ün seçmə mərhələsinin püşkatmasını dəyərləndirib. Azerisport.az xəbər verir ki, o, Rusiya, İsrail, Şimali İrlandiya, Azərbaycan və Lüksemburqla eyni qrupa düşmələrinə belə reaksiya verib:
“Bu, bizim qələbə qazanmalı olduğumuz qrupdu. Amma bu, o demək deyil ki, bizim bəxtimiz gətirib, asan qrupa düşmüşük. Heç nəyə asanlıqla nail olmaq mümkün deyil. Amma indi bütün fikirlərimiz hələlik AÇ-2012-yə yönəlib. Növbəti seçmə mərhələnin startına kimi komandada çox yenilik ola bilər. Xüsusilə də yeni futbolçuların cəlb olunması baxımından”.
