31 iyul 2011 13:00
“Azərbaycan ilə oyunlarda maksimum xal toplamalayıq”
Şimali İrlandiya yığmasının baş məşqçisi Naycel Uortinqton dünən keçirilən futbol üzrə DÇ-2014-ün seçmə mərhələsinin püşkatmasını dəyərləndirib. Azerisport.az xəbər verri ki, o, Portuqaliya, Rusiya, İsrail, Azərbaycan və Lüksemburqla eyni qrupa düşmələrinə belə reaksiya verib:
“Qrupumuz kifayət qədər güclüdü. Amma daha pis də ola bilərdi. Rusiya artıq bir neçə ildi fantastik komandaya malikdi. İsrail möhkəm qozdu. Portuqaliyanın ulduzlarını isə hamımız tanıyırıq. Biz Lüksemburq və Azərbaycan ilə ev və səfər oyunlarına daha ciddi baxmalıyıq. Həmin oyunlarda maksimum xal toplamalıyıq. Amma bu, heç də asan olmayacq”.
