1 avqust 2011 13:09
Atırau Məmmədova nəhayət ki, əvəzləyici tapdı
Qazaxıstanın “Atırau” klubunun yeni baş məşqçisi müəyyənləşib. Azerisport.az xəbər verir ki, sözügedən komandanı bundan sonra serbiyalı mütəxəssis Zoran Filipoviç çalışdıracaq.
Qeyd edək ki, Yuqoslaviya yığmasının keçmiş üzvü, “Red Star Belgrade”, “Club Brugge”, “Benfica” və “Boavista” kimi komandaların heyətində futbolçu kimi çıxış etmiş Filipoviç böyük məşqçi karyerasına malikdi. O, Yuqoslaviya yığmasında baş məşqçi köməkçisi, Çernoqoriya millisində baş məşqçi vəzifələrində çalışıb. Bundan əlavə “Beira-Mar”, “Boavista”, “Vitória”, “Sampdoria”, “Panionios”, “Red Star Belgrade”, “Al-Shaab”, “Ceahlăul” kimi klublarda çalışıb. Onun son iş yeri isə Cənubi Afrikanın “Golden Arrows” klubu olub.
Xatırladaq ki, “Atırau”nun son baş məşqçisi Ramiz Məmmədov idi. Lakin onun istefasından sonra komandanı köməkçi-məşqçilər çalışdırırdılar.
