1 avqust 2011 01:05
Millimizin rəqibi FİFA-ya qarşı çıxır
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycanın rəqiblərindən olan İsrailin Futbol Federasiyası FİFA-ya müraciət etməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, millimizin rəqibi seçmə mərhələdəki ev oyunlarının çərşənbə axşamı və cümə axşamları keçirilməsinə nail olmaq istəyir.
Qeyd edək ki, əslində dünya futbol qurumun reqlamentinə görə DÇ-nin seçmə oyunları çərşənbə axşamı və cümə günləri keçirilir. Yəhudilər isə FİFA-nın bu qaydasının onlara şamil olunmamasını istəyirlər. Çünki cümə günləri İsraildə istirahət üçün nəzərdə tutulub və həmin günlərdə istənilən əmək fəaliyyəti ilə məşğuliyyət qadağandı.
