1 avqust 2011 01:16
Bakı Qəbələ ilə oyunun hazırlıqlarına bu gündən başlayır
Təlim-məşq toplantısını başa vurarasq vətənə qayıdan "Bakı" bu gün istirahətini başa vuracaq. Azerisport.az xəbər verir ki, paytaxt klubu 1 avqust tarixindən etibarən hazırlıqlarını davam etdirəcək.
Komanda üzvləri bir günlük istirahətdən sonra məşqlərə başlayacaqlar. İlk məşq axşam saat 19:00-da klubun bazasında baş tutacaq.
Qeyd edək ki, "Bakı" 20-ci Azərbaycan çempionatının ilk tutunda səfərdə "Qəbələ" ilə qarşılaşacaq. Oyun 7 avqust tarixində keçiriləcək.
