1 avqust 2011 13:18
Rəşad Sadiqov Qarabağla məşqlərə başladı
“Qarabağ” “Brugge” ilə oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, dünən axşam komanda Bakıya döndükdən sonra ilk məşqini keçib.
Suraxanı qəsəbə stadionunda 19:30-da baş tutan çalışma 90 dəqiqə davam edib. Çalışmada dizindən zədələnərək sıradan çıxan Vüqar Nadirov iştirak etməyib. Əvəzində təxminən 3 həftədi oynamayan Tural İsgəndərov kollektivlə məşqlərə qatılıb. Rəşad Sadiqov da məşqlərdə iştirak etməyə başlayıb. Komandanın kapitanı qardaşının vaxtsız vəfatıyla əlaqədar olaraq Brüggedəki oyunda iştirak edə bilməmişdi. 28 yaşlı yarımmüdafiəçi dünən komandanın düşərgəsinə qoşularaq məşqlərə başlayıb.
