1 avqust 2011 01:38
Vaqif Cavadovu Rusiyada məyus etdilər
Rusiya Premyer Liqasında 18-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin hücumçusu Vaqif Cavadovun şərəfini qoruduğu “Volqa” klubu hesabat turunu məğlubiyyətlə başa vurub.
Nijni Novroqod təmsilçisi səfərdə Moskva “Dinamo”su ilə qarşılaşıb. Görüşün artıq ilk yarısında qonaqlar azlıqda qalıblar. 29-cu dəqiqədə gürcü futbolçu Qriqalava ikinci sarı vərəqə ilə meydandan qovulub. Lakin meydan sahibləri fasiləyə kimi bundan yararlana bilməyiblər. Moskvalılar istəklərinə yalnız 60-cı dəqiqədə çatıblar. Semşov hesabı açıb. 90+4-cü dəqiqədə isə əslən azərbaycanlı olan Aleksandr Samedov matçda son nöqtəni qoyub – 2:0.
Bu nəticədən sonra “Volqa” 16 xalla 13-cü pillədə qalıb.
