1 avqust 2011 14:11

Rəşad Sadıqov: AÇ-də Rusiyaya azarkeşlik edəcəm

Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov azerisport.az saytına DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərimizi dəyərləndirib:

Portuqaliya
 
Bu komanda son illərdə beynəlxalq arenada səs-küylü uğurlar qazana bilmir. Seçmə və qrup mərhələlərini çətinliklə keçirlər. Komandada anlaşma da yüksək səviyyədə deyil. Fikrimcə, biz onlara qarşı normal oyun qura bilərik. Bununla onu demək istəmirəm ki, onları məğlub edə bilərik. Çüki portuqalların səviyyəsi bizimkindən xeyli yüksəkdi. Amma hər halda birinci səbətdən Portuqaliyadan da güclü rəqiblə düşə bilərdik. Əgər portəgizlərin indiki heyətini Luiş Fiqu, Ruy Koşta kimi futbolçuların dövründəki komanda ilə müqayisə etsək, üstünlük əlbəttə, o vaxtkılardadı.

Rusiya
 
Bizim üçün ən böyük üstünlüklərdən biri odu ki, Rusiya yığması Qafqaz ölkələri ilə səfər oyunlarında çətinlik çəkir. Onlar Bakıda da, Tiflisdə də, İrəvanda da oxşar aqibətlə üzləşiblər. Bu, güman ki, komandaların hardasa oxşar futbol sərgiləməsindən irəli gəlir. İstənilən halda biz eyni məktəbin yetirmələriyik. Bu üzdən də ən azı ev oyununda müsbət nəticəyə ümid edə bilərik. Səfərdə də döyüşmək olar. İstənilən halda Portuqaliya da, Rusiya da AÇ-2012-də oynayacaqlar. Məhz qarşıdakı qitə çempionatındakı çıxışları bu komandaların əhval-ruhiyyəsinə birbaşa təsir edəcək. Bizə təbii ki, hər iki komandanın uğursuz çıxışı çox sərf edəcək. Baxmayaraq ki, AÇ-2012-də Rusiyaya azarkeşlik edəcəm. Axı bizdə adətən belə olur: yarı Rusiyaya baxır, yarı Türkiyəyə.

İsrail
 
Bu, bizim üçün düşən ən qeyri-münasib rəqiblərdəndi. Mən Ronaldonun bu səbətdən İsraili çıxarmasını qətiyyən istəmirdim. Amma onlarla oynamaq məcburiyyətindəyik. İsraillilər bizim üçün çox qeyri-münasib oyun sərgiləyən rəqiblərdəndi. Mən bu komanda ilə 2004-cü ildəki yoldaşlıq oyununu yaxşı xatırlayıram. Onlara 0:6 hesabı ilə uduzduğum həmin gecədə bizə heç başımızı qaldırmağa imkan vermirdilər. Özü də İsrail yığması rəqibi qiymətləndirməmək, motivasiya kimi amillərə diqqət yetirən komanda deyil.
 
Şimali İrlandiya

Son vaxtlar bu ölkənin futbolu diqqət çəkən dərəcədə inkişaf edib. Onları asan rəqib hesab etmək olmaz. Komandamız bu rəqiblə iki dəfə qarşılaşıb və hələ ki, bir dəfə də olsun rəqib qapısına yol tapa bilməyib. Onların klub futbolunda da güclü inkişaf var. İrlandlar ümumiyyətlə çox maraqlı futbol oynayırlar. Onlarla oyunlarda psixoloji hazırlıqdan çox şey asılı olacaq.
 
Lüksemburq

Altıncı səbətdə oynamaq istəmədiyim iki komanda var idi: Qazaxıstan və İslandiya. Onlar səviyyəcə qalan bütün komandalardan yüksəkdədi. Lüksembur normal variantdı. Azərbaycan üçün bu komandayla oyunlar çox vacib əhəmiyyət daşıyacaq. Təbii ki, biz bu komandayla görüşlərdə maksimum xal almağa çalışmalıyıq.

Biz
 
Bizim yığma üçün hazırda AÇ-2012-nin seçmə mərhələsini major notlarda bitirmək daha vacib əhəmiyyət kəsb edir. Qarşıda 4 oyunumuz var. Biz bu oyunlarda xal toplamağa borcluyuq. Əminəm ki, bu oyunlardakı çıxışımız növbəti seçmə tsikldəki oyunumuza da təsirsiz ötüşməyəcək. Amma növbəti seçmə mərhələdə neçənci yeri tutacağımıza, neçə xal toplayacağımıza dair proqnoz vermək istəmirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.