1 avqust 2011 14:26
Azərbaycanlı futbolçu Barselonada ilk məşqinə çıxdı
"Neftçi" PFK-nın futbolçusu Fəhmin Muradbəyli artıq İspaniyanın Barselona şəhərindədi. Azerisport.az xəbər verir ki, yeniyetmə futbolçu dünyanın ən güclü klublarından olan "Barcelona"nın nəzdində keçirilən intensiv Yay Futbol Məktəbinin hazırlıq prosesində ilk məşqinə çıxıb.
Qeyd edək ki, Fəhmin Muradbəyli məşqçi İslam Kərimovun rəhbərliyi altında "Neftçi"nin U-15 komandasının üzvü idi. Xüsusi istedada malik olan futbolçu həm "Neftçi"nin əvəzedici heyətinə cəlb olunub, həm də "Barcelona" klubunun bazasında keçirilən Yay Futbol Məktəbinin məşqlərinə qoşulub.
Xatırladaq ki, Muradbəyli avqustun 12-dək davam edəcək məşqlərə qatılan yeganə azərbaycanlıdı.
