1 avqust 2011 15:37
İnter Turanla oyunun hazırlıqlarına başladı
Yeni mövsümə hazırlığını Sloveniyada keçirən “İnter” iyulun 29-dan Bakıdadı. Azerisport.az xəbər verir ki,komanda artıq Premyer Liqanın ilk turunda qarşılaşacağı “Turan”la oyunun hazırlıqlarına start verib.
Belə ki, dünən komanda üzvləri “Şəfa” stadionunda toplaşaraq ilk məşqə çıxıb. Bu gün isə “bankirlər”in iki dəfə məşq etməsi planlaşdırılıb.
Xatırladaq ki, “İnter”-“Turan” qarşılaşması avqustun 6-da “Şəfa” stadionunda baş tutacaq.
