1 avqust 2011 16:18

Şahin Diniyev: Qarabağı tənqid edənlərin əleyhinəyəm

Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyev azerisport.az saytına müsahibəsində “Qarabağ”ın Avroliqadakı şanslarından, klublarımızın cari mövsümkü uğursuzluğundan danışıb.
 
- Avrokubokların cari mövsümünü necə dəyərləndirərdiz?
- Klublarımızın siyasəti dəyişməlidi. Komandalar avrokuboklar öncəsi çoxlu səhblərə yol verirlər. “Xəzər Lənkəran” “Maccabi”yə heyətindəki köklü dəyişikliklər səbəbindən uduzdu. Avropa Liqasında uğurlu çıxış etmək istəyən komanda buna mövsümün əvvəlindən başlamalıdı. Yayda alınan legionerdən ilk oyununa çıxdığı Avroliqada nə uğur gözləmək olar? Ümumiyyətlə, komandalarımızın çoxunda qeyri-sabitlik hökm sürür. Komandalar çempionat bitəndən sonra, avrokuboklar öncəsi transferlərə üstünlük verməməlidilər. Avroliqaya iki həftə qalmış oyunçu alıb ondan nəticə istəyirlər.
 
- Belə transferlər “Qarabağ”a da kömək edə bilməzdi?
- Azərbaycanda yerli futbolçulardan 2-3 baş üstün olan legionerlər gətirilmir. Amma məhz belə legionerlər dəvət olunmalıd. “Qarabağ”ın sabiq heyəti var. Bu komanda məhz uzun müddət birgə çıxış edən futbolçularının sayəsində 3 ildi uğur qazanır. Ola bilərdi ki, hansısa transfer onlara kömək edərdi. Amma çempionat bitəndən sonra gələcək yenilərə bel bağlamaq lazım deyil. Bunun üçün hələ çempionatın əvvəlindən hazırlaşmaq lazımdı. Hər bir klubumuz özü üçün startegiya müəyyənləşdirməli və onunla da hərəkət etməlidi.
 
- “Qarabağ”ın “Brugge” ilə ilk oyununu necə dəyərləndirərdiz?
- Oyunu göstərmədiklərindən nəsə danışmaq çətindi. Əlbəttə, hesab ürəkaçan olmadı. Amma hesab edirəm ki, 1:4 hesablı yenilgi reallığı əks etdirir. Bu gün Azərbaycan futbolu Belçikadan qat-qat geri qalır. Mən “Qarabağ”ı tənqid edənlərin əleyhinəyəm. Biz bütövlükdə Belçikaya futbolumuzun səviyyəsinə, infrastruktura, maliyyə imkanlarına və daha bir sıra məsələlərdə uduzuruq. Bizim gücümüz ancaq belə rəqiblərə qədərdi. Bundan artığını tələb etmək düzgün deyil. Bunu hamı dərk etməlidi. Ola bilər futbolumuz haqda yaxşı sözlər demək mümkündü. Amma reallıq başqa şeydən xəbər verir.

- Sizcə, ağdamlıların növbəti mərhələyə şansı qalıb?
- Futbolda hər şey mümkündü. Amma təbii ki, şanslar azdı. Mən şansları 30-un 70-ə dəyərləndirərdim. Mümkündü ki, “Brugge” Bakıda evindəki kimi oynamayacaq. Lakin istənilən halda belə komandadan revanş götürmək çətin olacaq. “Qarabağ” “Streymur”a belə hesabla yenilsəydi, mən inanardım ki, Bakıda onlara 4 qol vura bilər. Amma “Brugge” tamamilə başqa komandadı. Onlar burda nəticəyə oynayacaqlar. Saki oyun sərgiləyəcəklər.

- Elə isə “Qarabağ” nə ilə motivasiya oluna bilər?
- Komanda öz imici, adı xatirinə oynamalıdı. Aydındı ki, azarkeşlər də komandanı yalnız qoymayacaqlar. Bu komanda Avropada bizi tez-tez sevindirir. Bu dəfə də layiqli oyun sərgiləməlidilər. Bundan əlavə Azərbaycan UEFA reytinqindəki mövqeyini də unutmaq olmaz. “Qarabağ” “Brugge”ni ən azı minimal hesabla yenə bilər. Komandamız heç də zəif deyil və öz dişini göstərməlidi.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.