1 avqust 2011 16:25
Foqts Freiburgun üzvünü millimizə dəvət etdi
Azərbaycan milli komandasının bu gündən etibarən Bakıda təşkil olunan təlim-məşq toplanışı start götürüb. Azerisport.az xəbər verir ki, bu arada komandamıza daha bir futbolçu dəvət olunub.
Belə ki, Berti Foqts Almaniyanın “Freiburg” klubunun üzvü Ufuk Budakı da millimizə dəvət edib. Sözügedən oyunçu avqustun 2-dən millinin düşərgəsində hazırlıq prosesində iştirak edəcək.
Qeyd edək ki, bu futbolçu artıq 21 yaşadək ibarət yığmamıza da çağırılıb və iyunda Lənkəranda keçirilən Moldova ilə yoldaşlıq matçının (1:0) iştirakçısı olub.
