1 avqust 2011 16:39
Xəzər Lənkəran doğma yuvaya dönür
Haqqındakı bütün müəmmalara son qoyulan "Xəzər Lənkəran" bu gün Lənkərana qayıdır. Azerisport.az xəbər verir ki, komanda artıq Bakını tərk edərək, cənub şəhərinə üz tutub.
Komandanı Lənkərana aparan avtobusun təxminən saat 18.00-da şəhərə daxil olacağı gözlənilir. Azarkeşlərin komandanı məhz şəhərin girişində qarşılayamağa hazırlaşırlar.
Verilən məlumata görə, baş məşqçi Mirça Rednik və köməkçiləri də komandayla birgə Lənkərana gedir.
