1 avqust 2011 17:00
“İndi bütün fikirlərimizi “Qarabağ”la oyuna yönəldə bilərik”
Belçikanın “Brugge” klubunun kapitanı Karl Hufkens ölkə çempionatının ilk turunda “Westerlo” üzərində qazandıqları qələbəni (5:0) şərh edib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan komandanın lideri Bakıdakı cavab görüşünə də toxunub:
“Westerlo” ilə oyunda elə anlar olurdu ki, yorğunluq öz sözünü deyirdi. Amma ikinci hissədə nəhayət ki, qol vura bildik. İndi bütün fikirlərimizi “Qarabağ”la oyuna yönəldə bilərik. Hansı ki, onları da ilk oyunda 4:1 yenmişdik. İki oyuna 9 qol vurub, cəmi 1 top buraxmaq fikrimcə yeni mövsüm üçün çox yaxşı başlanğıcdı”.

Qeyd edək ki, "Qarabağ"la "Brugge" arasındakı cavab görüşü avqustun 4-də Bakıda keçiriləcək.