1 avqust 2011 17:28
Neftçi 9 futbolçusunu yola saldı
"Neftçi" Premyer Liqanın 2011/12 mövsümünün "Qarabağ"la oyununa hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, flaqmanın bu günkü məşqində Azərbaycan milli komandasına dəvət olunan futbolçular - Rail Məlikov, Ruslan Abışov, Ruslan Əmircanov, Cavid Hüseynov, eləcə də U-21 yığmasına çağırılanlar - Mirhüseyn Seyidov, Cavid İmamverdiyev, Tərlan Quliyev, Emin Mehtiyev və Ruslan Qurbanov iştirak etməyəcəklər.
Zədəsi ilə bağlı vətəni Braziliyada olan Rodriqinyo da hazırlıq prosesindən kənarda qalacaq.
Əvəzində, "Neftçi"nin əvəzedici heyətinin 3 üzvü - Eltun Yaqublu, İlham Allahverdiyev və Ağabala Ramazanov əsas komanda ilə birgə məşq edəcəklər. Zədəsini yenicə sağaltmış İqor Mitreski isə fərdi məşqlə kifayətlənəcək. Özbəkistan milli komandasının düşərgəsindən qayıdan Bahodir Nasimov da bu günkü hazırlığa qatılacaq.
