1 avqust 2011 18:16
Qarabağ – Brugge matçının biletləri satışda
“Qarabağ” –“Brugge” oyunun biletləri artıq satışdadı. Azerisport.az xəbər verir ki, Avropa Liqasının üçüncü təsnifat mərhələsində Belçika klubuyla qarşılaşacaq komandamızın oyunu üçün biletləri artıq əldə etmək olar.
Matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında oyunun biletləri satışa çıxarılıb. Biletləri eyni zamanda “Böyük Fırat” restoranlar şəbəkəsindən də əldə etmək olar.
Biletlərin qiyməti dəyişməz qalıb. 1-dən 28-ə qədər nömrəli sektorlar 1 AZN-ə, VİP D- isə 10 AZN-ədir. 29-32-ci sektorlar dəvətnamə şəklindədi.
