1 avqust 2011 11:21
Seçmə mərhələnin təqvimi nə vaxt bəlli olacaq?
2014-cü ildə keçiriləcək dünya çempionatının ilkin seçmə mərhələsi çərçivəsində yığmamızın da yer aldığı F qrupunun təqviminin nə vaxt və və harda müəyyənləşəcəyi artıq bəllidi. Azerisport.az xəbər verir ki, sözügedən turnirin təqvimi noyabr ayında Lüksemburqda keçiriləcək görüşdə razılaşdırılacaq.
Artıq tərəflər bununla bağlı razılığa gəliblər. Məlumatı AFFA-nın rəsmi saytı yayıb.
Qeyd edək ki, DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan yığması Portuqaliya, Rusiya, Şimali İrlandiya, İsrail və Lüksemburqla eyni qrupda yer alıb.
