1 avqust 2011 11:48

Sergey Yuran: Qarabağla razılığa gəlmişik

“Simurq”un baş məşqçisi Sergey Yuran azerisport.az saytına müsahibəsində komandasının yeni mövsümə hazırlığından danışıb.
 
- Hazırlıqlarınız necə gedir?
- Bütün məşqlərimizi Zaqatalada həyata keçiririk. Harasa getməyə səbəb görmürəm. Çünki komandanın burda bazası var. Az zamanımız qalıb. Ona görə də mümkün qədər çox işləməyə çalışırıq. Düşdüyüm vəziyyət əlbəttə, çətindi. Çünki hələ iyulun ortalarına kimi komandanın Premyer Liqada oynayıb-oynamayacağı bəlli deyildi. Yerli oyunçulardan ibarət uzun siyahımız var. Amma legioner futbolçular da gözləyirik. Onlar tezliklə gələcəklər. Çempionata kimi çalışırıq ki, heyəti müəyyənləşdirək. Rəhbərlik mənə yaxından dəstək verir ki, bu da çox vacibdi. Yoldaşlıq oyunlarından da razıyam. Hansı ki, qələbə qazanmışdıq. Bu, bizə çox lazımdı.
 
- Zaqataladakı şərait necədi?
- Stadionu rahatdı. Baxmayaraq ki, qazonu sünidi. Amma Qəbələdəki kimi, təbii olsaydı, daha yaxşı olardı. Amma belə bütün şərait qane edir. Kompakt yaşayırıq. Bu da vacib şərtlərdəndi.

- Əlavə vaxt itirməmək üçün tanıdığınız futbolçulardan dəvət etmirsiz?
- İndi bu qayda ilə işləmək də düzgün olmazıd. Onların çoxunun klublarıyla müqavilələri var. Klub isə transferlərə o qədər pul xərcləmək istəmir. Biz daha çox azad agent statusu daşıyan oyunçular almağa çalışırıq. Yaxud başqa klublardan icarəyə götürürük. Ümid edirik ki, baxışa gələcək əcnəbilər arasında səviyyəcə yaxşı futbolçular olacaq.

 
- Hansı mövqelərdə güclənməyə ehtiyac duyursuz?
- Bunlar mərkəz müdafiəçisi və dayaq yarımmüdafiəçisidi. Taran tipli hücumçuya da ehtiyac var. Qalan mövqelər az narahat edir. Kolumbiyadan bir forvardın yolunu gözləyirik. 23 yaşı var. Çexiya və Serbiyadan da uşaqlar gəlməlidilər.
 
- Andrey Rubinin taleyi necə oldu?
- Mən Andreylə də danışmışam. O, artıq avqustun 1-dən bizə qoşulmalıdı. Bizim “Qarabağ”la razılığımız var. Futbolçu özü də Zaqatalada oynamaq arzusundadı. Bizim belə futbolçulara ehtiyacımız var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.