1 avqust 2011 11:57
Turan Gürcüstan klubunu darmadağın etdi
Premyer Liqanın ilk turunda səfərdə "İnter"in qonağı olacaq "Turan" mövsümöncəsi son yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, Gürcüstanın "Zoovet" klubu ilə qarşılaşan Tovuz təmsilçisi rəqibini 4:0 hesabı ilə məğlub edib.
"Turan"ın heyətində Sergey Artyux, Georgi Beriaşvili, Yasin Abbasov və Martin Kerçev fərqləniblər.
