1 avqust 2011 00:08
“DÇ-2014-ün seçmə mərhələsində 7-10 xala ümid edə bilərik”
Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Mahmud Qurbanov futbol üzrə DÇ-2014-ün seçmə mərhələsinin püşkatmasını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində, o, Portuqaliya, Rusiya, İsrail, Şimali İrlandiya və Lüksemburqla eyni qrupa düşməyimizi belə şərh edib:
“Biz püşkün nəticəsindən narazı qala bilmərik. Çünki bundan da pis aqibətlə üzləşə bilərdik. Potuqaliya və Rusiya cütün favoritləridi. İsrail də güclü komandadı. Amma Bakıda onlardan xal ala bilərik. Şimali İrlandiyanı da Bakıda yenmək olar. Lüksemburqu isə həm evdə, həm də səfərdə yenmək lazımdı. Hər halda 7-10 xala ümid edə bilərik”.
