1 avqust 2011 12:16
Dik Advokat millimizdən çəkinir
Futbol üzrə Rusiya yığmasının baş məşqçisi Dik Advokat hesab edir ki, Azərbaycan millisi DÇ-2014-ün seçmə mərhələsində onun komandasına çətinlik yarada bilər. Azerisport.az xəbər verri ki, hollandiyalı mütəxəssis qonşu ölkə mətbuatına açıqlamasında bunları dilə gətirib:
“Bu seçmə mərhələdə Azərbaycan Türkiyəni məğlub edib. Lüksemburq isə xatırlayırsınızsa, bir müddət öncə İsveçrəni səfərdə yenmişdi. Otmar Histfeldin komandasını. Bilirsiz bununla nə demək istəyirəm? İstənilən halda Rusiya yığması bu altılıqdan çıxmağa borcludu. Amma öncədən xəbərdarlığımı edirəm: gözləmək olmaz ki, qrupun iki nəhəngi öz oyununu oynayacağı halda digərləri də boşuna oturacaq. Zaman artıq o zaman deyil”.

Qeyd edək ki, DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan yığması Portuqaliya, Rusiya, Şimali İrlandiya, İsrail və Lüksemburqla eyni qrupda yer alıb.