1 avqust 2011 00:37

Viktor Mendi: Bura gəldiyim üçün qətiyyən peşman deyiləm

“Qəbələ”nin yeni forvardı Viktor Mendi azerisport.az saytına müsahibəsində bölgə klubuna keçidindən və hədəflərindən danışıb.
 
- Türkiyə “Bucaspor”unu niyə tərk etdiniz?
- Bildiyiniz kimi, keçmiş klubum Superliqanı tərk etdi. Bu üzdən mən də komandayla yollarımı ayırmalı oldum.

- Birinci liqada oynamaq istəmirdiz?
- Mənə Azərbaycan klubundan yaxşı təklif gəldi. Mən bu qərara gəldiyim üçün qətiyyən peşman deyiləm. Burda hər şeydən razıyam. Məni “Qəbələ”də yaxşı şərait və şərtlərlə qarşıladılar.
 
- Adətən legionerlər Azərbaycanın bölgə klublarında oynamağa asanlıqla razı olmurlar...
- Məndə belə problem yoxdu. Mənə bura çox xoşdu. Digər tərəfdən mən peşəkar futbolçuyam. Ancaq öz oyunum barədə düşünməliyəm. Kənar problemlər haqda düşünmək mənə nəsə verməz.

- Ötən mövsümə hazırlıq gözüylə baxan Toni Adamslı “Qəbələ” üçün bu mövsüm əsl ciddi sınaq olacaq...
- Mənim bundan xəbərim var. Qarşıdakı mövsümün komandam üçün nə qədər əhəmiyyətli olmasını bilirəm. Bunun öhdəsindən gələcək gücdəyik. Komandanın potensialı qarşıya qoyulan vəzifənin öhdəsindən gəlməyə imkan verir.
 
- Siz artıq “Qəbələ”nin rəqiblərini tanıyırsız?
- Mənə komandamızın rəqibləri barədə müəyyən şeylər danışıblar. Bilirəm ki, çempionatınızın səviyyəsi yaxşıdı və asanlıqla uğur qazanmaq mümkünsüzdü. Ambisiyalı klublar çoxdu və hamısı qarşılarına böyük vəzifələr qoyublar.
 
- Sizə yəqin onu da deyiblər ki, Premyer Liqada forvardların işi elə də asan olmur. Ən yaxşı bombardirlər də çox qol vura bilmirlər...
- Bəli, bilirəm. Amma bundan qorxmuram. Mənim kifayət qədər təcrübəm var. Özümü göstərəcəyimə, komandama kömək edəcəyimə inanıram. Axı məhz bunun üçün bura gəlmişəm.

- Toni Adams deyib ki, siz yeni mövsümün bombardiri ola bilərsiz...
- Baş məşqçimizin mənə belə inanması çox xoşdu. Bu, həm də çox vacibdi. Həqiqətən mümkündü. Çox qol vurmağa çalışacağam.
 
- Yoxlama oyunlarında cəmi 1 qol vura bilmisiz. Bu əminlik sizdə hardandı?
- Bunlar dediyiniz kimi, sadəcə yoxlama oyunları idi. Onları hesaba almaq düz deyil. Məsələn, son turnirdə biz axırıncı olduq. Amma bu, o demək deyil ki, biz göründüyü qədər pis oynayırıq. Qarşıda uzun mövsüm var. Orda hər şeyi görərsiz.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.