1 avqust 2011 00:46
Bruggenin müdafiəçisi Bakıdakı oyunu buraxa bilər
Belçikanın “Brugge” klubunun müdafiəçisi Fredrik Stenman UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin “Qarabağ”la səfər matçında iştirak etməyə bilər. Azerisport.az xəbər verir ki, buna onun zədə problemi ilə üzləşməsi səbəb olub.
Qeyd edək ki, bu futbolçu Brüggedə keçirilən ilk oyunda zədələnib. Bu səbəbdən o, hətta “Brugge”nin Belçika çempionatının startında “Westerlo” ilə oyununu da buraxmaq məcburiyyətində qalıb.
