1 avqust 2011 12:56
Stiven Deyvis: Azərbaycandan 6 xal almağa borcluyuq
Şimali İrlandiya yığmasının yarımmüdafiəçisi Stiven Deyvis DÇ-2014-ün seçmə mərhələsinin püşkatmasını dəyərləndirib. Azerisport.az xəbər verir ki, “Glasgow Rangers” klubunun futbolçusu aşağıdakıları dilə gətirib:
“Biz böyük ümidlərlə yaşaya bilmərik. Ronaldo istənilən oyunda təkbaşına qələbə qazana bilər. Amma biz belə rəqiblərə qarşı oynaya bilərik. Biz Rusiya və Portuqaliya ilə matçlarda Ronaldo və Andrey Arşavin kimi dünya səviyyəli futbolçularla qarşılaşacağıq. Amma bu, beynəlxalq futbolda görmək istədiyimiz şeydi. Azərbaycan və Lüksemburq yığmaları ilə oyunlara gəlincə, bu komandaların hər ikisindən 6 xal almağa borcluyuq”.

Qeyd edək ki, DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan yığması Portuqaliya, Rusiya, Şimali İrlandiya, İsrail və Lüksemburqla eyni qrupda yer alıb.
(The Belfast Telegraph)